Laçın Beynəlxalq Hava Limanı Azərbaycana nə verəcək? — Millət Vəkilindən suallara cavab
29 May 2025, 19:20
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
22043
26.02.2025, 17:13
Xocalı Soyqırımı baş verən zaman erməni vəhşiliyindən yaxa qurtarıb xilas olmağı bacaran Xocalı sakinlərinə ilk qucağı Ağdam və ağdamlılar açmışdı.
Oxu24.com həmin gecə baş vermiş hadisəni təqdim edir:
Faciə vaxtı bir çox Xocalı sakini kimi Məmməd həkimin ailəsi, doğmaları da o dəhşətin törədildiyi vaxt Ağdama, Şakir Alışovun evinə gəlirlər.
Yadımdadır, biz uşaq olanda anamın layla və nağılı Ağdamda yaşadıqlarımızdan, Xocalı faciəsindən, bir sözlə ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətlərdən ibarət olurdu. Xatırlayıram o vaxt anam ürək yanğısı ilə danışırdı ki, Xocalıdan Ağdama pənah gətirən və bir müddət qonaqlarımız olan Xocalı sakinləri vardı.
Şakir kişinin ailəsi
Yaddaşımın xatirə boxçasının bir küncündə isə, o da qalmışdı ki, qonağımızın biri həkim olub. Adı isə Məmməd olub.
Düz 33 ildən sonra, qan yaddaşımız haqqında əsir olmuş Xocalı sakinindən müsahibə götürərkən, müsahibim söhbət əsnasında Məmməd həkimin adını çəkdi. Təsadüf nəticəsində həmin qonağımızla, Məmməd həkimlə danışmaq qismət oldu.
Əsirlikdən sonra hara pənah gətirdiniz sualıma isə, həkim Ağdama deyə cavab verdi. Onu da əlavə etdi ki, özümü bağışlaya bilmirəm ki, niyə həmin ailə ilə əlaqəmiz itdi. Mənsə bildirdim ki, bizim evdə sizdən çox söhbət gedib. Mənim sizinlə həmsöhbət olmağım da, təsadüfi deyil, mən həmin Şakir kişinin qızıyam.
Həkim isə o dəhşətli günləri, əsirlikdən sonra bizə getməyini, Ağdamdakı yaşadıqlarını unutmadığını, ailəmizdən tez-tez, xüsusən də faciə ərəfəsində söhbət açıldığını bildirdi.
Həmçinin oxuyun
Soyqırım şahidinin o gecəyə aid dedikləri hər kəliməsi isə tarixi bir qeyddir. Və mən bu qeydləri aparmağı özümə borc bildim.
Respublikanın əməkdar fəxri həkimi, eyni zamanda "ƏLİF" qəhrəmanlıq mükafatına layiq görülmüş N.Məmməd həm də, 1996-ci ildə Ulu öndər Heydər Əliyevlə görüşü zamanı Azərbaycan Bayrağı Ordeni ilə təltif olunub.
Həmin vaxt Ulu öndərimiz H. Əliyevə Xocalı ilə bağlı dilə gətirdiyi arzuları isə, onun oğlu- ata vəsiyyətini dönmədən yerinə yetirən müzəffər sərkərdəmiz həyata keçirdi. Məmməd həkimin də dediyi kimi:
"Evindən didərgin düşmüş biz məcburi köçkünlər heç zaman ümidsiz olmamışıq. Çünki hər zaman Ali Baş Komandanımıza, Müzəffər ordumuza inanmışıq. Bilirdik ki, bu qisas qiyamətə qalmayacaq. Elə də oldu".
Bəli, Azərbaycan xalqı üçün, uzun illərdən bəri həsrətində olduğu qisas məqamı yetişdi... Durmaq, yarı yolda dayanmaq olmazdı. Durmadıq ,dayanmadıq. İşğalçı quldur dəstələrini heydən düşənə qədər, iti qovan kimi qovaraq, yalvaranadək ədalətli şərtlərlə sülhə məcbur etdik. Bununla da qələbə həsrəti ilə alışıb yanan ürəklərimizə su səpdik... Qələbəmiz davamlı, torpaqlarımız azad, müstəqilliyimiz isə əbədi olsun.
Pərvin SAKİRQIZI
21:49 / 29 May 2025
Həbsdə olan şəxsin şok əməli üzə çıxdı: 11 il əvvəl bunu da edibmiş +VİDEO
656
21:46 / 29 May 2025
Faciəvi şəkildə ölən qardaşların - Fotosu
60
20:39 / 29 May 2025
Ermənilər məhkəmədə şok etiraflar edir
570
20:33 / 29 May 2025
Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
78
20:24 / 29 May 2025
İki yeni doğulmuş kenquru körpəsi bir çay qaşığına sığar — Kenqurular haqqında maraqlı FAKTLAR
217
20:04 / 29 May 2025
Ailədə faciə: Qardaşlar faciəli şəkildə həlak oldular
569
19:56 / 29 May 2025
Artıq bir gün 25 saat olur - Alimlər HƏQİQƏTİ AÇIQLADI
102
19:55 / 29 May 2025
Doğum tarixiniz sağlamlığınıza necə təsir edə bilər: heyrətamiz ARAŞDIRMA
84
19:40 / 29 May 2025
İsrail ABŞ-ın Qəzza ilə bağlı yeni planının təfərrüatlarını açıqlayıb
48
19:37 / 29 May 2025
İsrail Wittkoffun Qəzzada yeni nizamlanma təklifini qəbul etdi
54
19:32 / 29 May 2025
Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu
95
19:29 / 29 May 2025
Daha bir məktəb direktoru işdən çıxarıldı
85
19:28 / 29 May 2025
Kozlovskinin Latviyaya girişi qadağan edilib
53
19:26 / 29 May 2025
Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib
56
19:20 / 29 May 2025
İspanlar Portnoyun qətlində Ukraynadan şübhələnirlər
54
19:20 / 29 May 2025
Laçın Beynəlxalq Hava Limanı Azərbaycana nə verəcək? — Millət Vəkilindən suallara cavab
4851
19:16 / 29 May 2025
Fidan ümidlə Kiyevə gedir
57
18:49 / 29 May 2025
SON DƏQİQƏ! General işdən çıxarıldı
1066
18:33 / 29 May 2025
Bu halda işdən evə 1 saat tez getməlisiniz — Vəkildən açıqlama
280
18:18 / 29 May 2025
Putin necə formada qalır?
70
18:08 / 29 May 2025
Von der Leyen Ukraynanın Aİ-dəki taleyi haqqında danışıb
69
17:55 / 29 May 2025
“Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası kimdir?
1595
17:52 / 29 May 2025
DİN tərəfindən dövriyyədən çıxarılmış 4 ton narkotik məhv edilib - VİDEO
60
17:37 / 29 May 2025
Prezident sərəncam imzaladı
962
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.